"Sumqayıt"ın əvəzediciləri "Neftçi" ilə yoxlama oyunu keçirib

19:52 03-02-2018
"Sumqayıt"ın əvəzediciləri "Neftçi" ilə yoxlama oyunu keçirib

"Sumqayıt" FK-nın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri bu gün "Kapital Bank Arena"da "Neftçi"nin əvəzediciləri ilə yoxlama görüşündə qüvvəsini sınayıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolları Qurban Hüseynov və Camal Camalov rəqib qapısından keçirib.


.
.
.
0.4079921245575