Türkiyə yığmasının üzvü Rusiya yolunda

09:54 06-02-2018
Türkiyə yığmasının üzvü Rusiya yolunda

“Fənərbaxça”nın və Türkiyə yığmasının üzvü Ozan Tufan karyerasını Rusiyada davam etdirə bilər.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilib ki, 22 yaşlı futbolçunun meneceri Rusiya klublarıyla danışıqlar aparır. Rusiyada transfer pəncərəsi fevralın 22-də bağlanacaq olması bu keçid ehtimalını bir az da artırır.
Xəbədə menecerin bu ölkənin “Zenit”, “Krasnodar” və “Spartak” komandaları ilə danışıqlar apardığı vurğulanıb.
Xatırladaq ki, Ozan cari mövsümdə “Fənər”də heyətə düşməkdə çətinlik çəkir. Bir müddət öncə yarımmüdafiəçinin İngiltərənin “Kristal Pelas” komandasına keçəcəyi deyilsə də, bu keçid son anda alınmayıb.


.
.
.
0.39272999763489