"Azərbaycan yığmasına qalib gələrək hamıya mesaj göndərdik"

10:13 07-02-2018
"Azərbaycan yığmasına qalib gələrək hamıya mesaj göndərdik"

“Çox gözəl qələbə qazanaraq, hamıya mesaj göndərdik”.
Sportmedia.az xəbər verir ki, bunu Portuqaliya millisinin futzalçısı Rikardinyo Avropa çempionatının 1/4 finalında Azərbaycan yığması üzərində 8:1 hesablı qələbəni şərh edərkən deyib.
Oyunçu, matçda 4 dəfə fərqlənərək “poker”ə imza atıb. Bununla da Rikardinyo Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və turnir tarixində ən yaxşı bombardir olub. Portuqaliyalı ulduz rusiyalı Konstantin Yeryomenkonun 17 illik rekordunu qırmasına belə münasibət bildirib: “Yeremenko kimi yaxşı futzalçını geridə qoyaraq, Avropa çempionatları tarixində bombardir olmaq maraqlıdır. Lakin futzal hər zaman bizə daha yaxşı işlər görmək üçün şərait yaradır”.
Qeyd edək ki, Rikardinyonun Rusiya millisinə qarşı keçiriləcək yarımfinal oyununda öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də baş tutacaq.


.
.
.
0.33864307403564