Millimizin təlim-məşq toplanışının vaxtı bəlli oldu

12:35 07-02-2018
Millimizin təlim-məşq toplanışının vaxtı bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının dünya çempionatının hazırlığına başlayacağı vaxt müəyyən olunub.
Sportmedia.az xəbər verir ki, millimizin baş məşqçisi Faiq Qarayev komandanı apreldə bir araya gətirəcək.
Yığmamız bu il Yaponiyada təşkil olunacaq mundial üçün təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçəcək. Aralıq dənizinin sahilində məskunlaşacaq millimizin qalacağı məkanı da artıq məlumdu. Bu, Boğazaq bələdiyyəsində yerləşən “Alva Donna Exclusive Hotel & Spa” otelidi.


.
.
.
0.365079164505