"Səbail"dən yeni transfer

16:31 07-02-2018
"Səbail"dən yeni transfer

“Səbail” klubu dövrələrarası fasilədə növbəti dəfə futbolçu transfer edib.
Sportmedia.az xəbər verir ki, paytaxt təmsilçisi bir müddətdi baxışda olan müdafiəçi Nikoloz Apakidze ilə müqavilə imzalayıb. Gürcüstanlı legionerlə sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Səbail” qış fasiləsində Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev ("Kəpəz"), Yevgeni Koçuk ("Jilina", Slovakiya, icarə) və Ruslan Əmircanovla müqavilə bağlayıb.


.
.
.
0.46684598922729