"Kəpəz"in əvəzedici heyəti üç futbolçu ilə gücləndi

17:08 07-02-2018
"Kəpəz"in əvəzedici heyəti üç futbolçu ilə gücləndi

“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib.
Sportmedia.az xəbər verir ki, komanda müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb. Hər üç oyunçu mövsümün ilk yarısında I divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib.
Xatırladaq ki, Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.


.
.
.