"Yenidən onun transfer məsələsinə baxacağıq" - Samir Əliyev 

19:10 07-02-2018
"Yenidən onun transfer məsələsinə baxacağıq" - Samir Əliyev 

"Kəpəz"dən ayrılan Viktor Oseqeylin "Səbail"ə transferi baş tutmayıb. Tibbi müayinədən keçə bilməyən hücumçu vətəni Nigeriyaya dönüb.
Sportmedia.az xəbər verir ki, məsələ ilə bağlı Futbol11.az-a açıqlama verən "Səbail"in baş məşqçisi Samir Əliyev 23 yaşlı hücumçunu yenidən komandada görmək istədiyini dilə gətirib: "Təəssüf ki, Oseqeyl tibbi müayinədən keçə bilmədi və transfer baş tutmadı. Viktor istədiyim forvardlardan biri idi. Onun oyun stilini bəyənmişdim. "Kəpəz"dəki çıxışı yaxşı idi. Müdafiəçiləri təzyiqdə saxlayan forvarddır. Bir sözlə, Viktorun yaxşı hücumçu keyfiyyətləri var. Zədəsini sağaldandan sonra yenidən onun transfer məsələsinə baxacağıq".


.
.
.
0.32261395454407