Türkiyə klubu erməni futbolçu ilə yolları ayırdı

20:46 07-02-2018
Türkiyə klubu erməni futbolçu ilə yolları ayırdı

Türkiyənin “Beşiktaş” klubu Aras Özbilizlə yollarını ayırıb.
Sportmedia.az xəbər verir ki, erməni futbolçu Moldovaya yollanıb.
O, karyerasını “Şerif”də davam etdirəcək. Klubun rəsmi saytında bu barədə xəbər yayımlansa da, tərəflər arasındakı müqavilənin detalları barəsində açıqlama verilmir.
Qeyd edək ki, karyerasını “Ayaks”da başlayan Aras Rusiyada “Spartak” və “Krosnadar”da oynasa da, “Beşiktaş” klubunda demək olar ki, heyətə düşə bilməyib.


.
.
.
0.31643199920654