“Binə” heyətini daha 2 futbolçu ilə gücləndirdi

21:26 07-02-2018
“Binə” heyətini daha 2 futbolçu ilə gücləndirdi

I Divizion təmsilçisi “Binə” heyətini daha 2 futbolçu ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, mövsümün ilk yarısını “Şüvəlan”da keçirən Eyyub Əliyev bundan sonra “Binə”nin formasını geyinəcək. 23 yaşlı qapıçı daha öncə “Neftçi”, "Simurq", MOİK, "İnter" və "Kəpəz"in heyətində çıxış edib.
Mövsümün ilk yarısında "Mil-Muğan"ın heyətində çıxış edən Comərd Baxşəliyev də mövsümün ikinci yarısında "Binə"nin uğurları üçün çalışacaq. 30 yaşlı təcrübəli oyunçu daha öncə "Qaradağ Lökbatan" və MOİK klublarında forma geyinib.


.
.
.
0.42256593704224