Emanuel Ebue yenidən "Qalatasaray"da

23:10 07-02-2018
Emanuel Ebue yenidən "Qalatasaray"da

Yaşadığı sarsıntılara görə bir neçə dəfə özünü öldürməyə cəhd edən Emanuel Ebue yeni iş yeri tapıb.
Sportmedia.az xəbər verir ki, Fil Dişi Sahili milli komandasının keçmiş üzvü sabiq komandası "Qalatasaray" ilə anlaşıb.
Oyunçu, İstanbul nəhənginin aşağı yaş qrupları üzrə komandalarında fəaliyyət göstərəcək.
Məlumatı hazırda "Qalatasaray"ın əsas komandasında məşqçi kimi çalışan Türkiyə yığmasının küçmiş üzvü Hasan Şaş verib. O, Ebue ilə yaxından maraqlandıqlarını açıqlayıb: "Ebue ilə maraqlanırıq. Darıxmayın, cümə günü İstanbulda olacaq".
Qeyd edək ki, Fil Dişi Sahili milli komandasının heyətində 79 matç keçirən 34 yaşlı futbolçu uzun müddət "Arsenal" komandasının uğurları üçün çalışıb. Ebue 2011-15-ci illərdə "Qalatasaray"da çıxış edib.


.
.
.
0.59752202033997