AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev əməliyyat olunub 

23:28 07-02-2018
AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev əməliyyat olunub 

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhəti pisləşib.
Sportmedia.az xəbər verir ki, 59 yaşlı mütəxəssis ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
İnfarkt diaqnozu qoyulan Hacıyev təcili əməliyyat olunub. Onun ürəyinə stend qoyulduğu bildirilir.
Böyükağa Hacıyev məşqçilik karyerası ərzində "Bakı" və "Neftçi" ilə Azərbaycan çempionu adını qazanıb. O, “Neftçi” klubunu Avropa Liqasının qrup mərhələsinə yüksəltməklə Azərbaycan futbol tarixinə adını yazdırıb.


.
.
.