"Qəbələ"nin idmançısı İstanbulda qızıl medal qazandı

10:44 08-02-2018
"Qəbələ"nin idmançısı İstanbulda qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağeyev növbəti uğurunu qazanıb.
Sportmedia.az xəbər verir ki, idmançı Türkiyənin İstanbul şəhərində keçirilən klubların Avropa birinciliyində fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev qonşu ölkədə 5 döyüş keçirib. Qazaxıstandan iki, Moldova, Bosniya və Herseqovina, Bolqarıstanın hərəsindən bir rəqiblə üz-üzə gələn taekvondoçu bütün rəqiblərinə böyük hesabla qalib gəlib. Ağayev yarışın qalibi kimi qızıl medala yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


.
.
.
0.31271004676819