Ulduz futbolçuya 16 ay həbs cəzası verildi

09:32 08-02-2018
Ulduz futbolçuya 16 ay həbs cəzası verildi

İngiltərənin “Mançester Yunayted” komandasının bu qış heyətinə qatdığı, Çili millisinin də şərəfini qoruyan oyunçu Aleksis Sançes 16 ay həbs cəzası alıb.
Sportmedia.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun İspaniyanın “Barselona” klubunda oynadığı dövrdə vergidən yayınması olub. Bununla bağlı keçirilən məhkəmə prosesində hücumçu vergidən bilərəkdən yayındığını etiraf edib. 29 yaşlı futbolçu 2012 və 2013-cü illərdə imic gəlirlərindən təxminən 1 milyon avronu İspaniya hökumətindən gizlədib.
Buna görə də məhkəmə futbolçuya 16 ay həbs cəzası kəsib. Lakin onun bu cəzası şərti xarakteri daşıyır. Belə ki, Sançes faizi ilə birgə 1,5 milyon avronu İspaniya hökumətinə ödəməklə həbs edilməkdən qurtulub. Lakin ona qarşıdakı iki il sınaq müddəti kimi təyin olunub. Bu müddətdə o, oxşar hərəkətə yol verməməlidi.


.
.
.
0.33274102210999