"Keşlə"nin yeniləri seçimlərini etdilər

14:04 08-02-2018
"Keşlə"nin yeniləri seçimlərini etdilər

“Keşlə” komandası Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.
Sportmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 9 yeni transferin forma nömrələri də bəlli olub.
Kamran Ağayevə 1, Məqsəd İsayevə 22, Sezar Meza Kolliyə 10, Pablo Podioya 19, Nemanya Stoyanoviçə 40, Ebrima Sohnaya 90, Vaqif Cavadova 7, Andre Klennona 14, Herve Tçamiyə 21 nömrəli forma təqdim olunub.
Ümumilikdə "Keşlə"nin sifariş ərizəsi belədir:
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 22. Məqsəd İsayev, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı
Yarımmüdafiəçilər: 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 20. Aqşin Quluzadə, 21. Herve Tçami, 24. Fuad Bayramov, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna
Hücumçular: 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 98. Qara Qarayev


.
.
.
0.31522393226624