“Qarabağ” və “Neftçi” klubu Böyükağa Hacıyevi unutmadı

19:01 08-02-2018
“Qarabağ” və “Neftçi” klubu Böyükağa Hacıyevi unutmadı

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev dünən səhhətində yaranan problemlərinə görə xəstəxanaya yerləşdirilib.
Sportmedia.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" klubu və “Neftçi” komandası təcrübəli mütəxəssisi unutmayıblar. Hər iki klub rəsmi saytı vasitəsilə Böyükağa Hacıyevə şəfa diləyib:
“Qarabağ” FK Böyükağa Hacıyeva Allahdan şəfa diləyir, tez sağalmasını və Azərbaycan futboluna yenidən xidmət göstərməsini arzulayır".
"Neftçi” PFK-nn sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev səhhəti ilə bağlı xəstəxanadadır. Klubumuzun tarixində iz qoymuş Böyükağa müəllimə Allahdan şəfa diləyirik”.


.
.
.
0.30311918258667