"Zirə" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR

09:51 09-02-2018
"Zirə" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt” “Zirə” ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, “Sumqayıt”ın rəsmi saytı bu rəqiblə qarşılaşmalardakı statistikanı açıqlayıb:
1. Komandalar Azərbaycan çempionatlarında 10 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” FK “Zirə” ilə qarşılaşmalardan 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 8-12 rəqib komandanın xeyrinədir.
4. Mirabdulla Abbasov “Sumqayıt” FK-nın heyətində “Zirə”yə ən çox qol vuran futbolçudur (2 qol).
5. Komandamız son 3 ev oyununda “Zirə”yə məğlub olmayıb (2 qələbə, 1 heç-heçə).
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 10 fevral, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


.
.
.
0.39664888381958