"Səbail"in yeni transferi

19:20 09-02-2018
"Səbail"in yeni transferi

“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini həyata keçirib.
Sportmedia.az xəbər verir ki, debütant hücumçu Vahit Orazsahedovu heyətinə qatıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Xatırladaq ki, türkmənistanlı oyunçu karyerası ərzində "Rubin" (Rusiya), "Nefteximik" (Rusiya), "Daçiya" (Moldova), "Osmanlıspor" (Türkiyə), "Rostov" (Rusiya), "Aşqabad" (Türkmənistan), "Altın Asr" (Türkmənistan) klublarının üzvü olub. Onun son klubu "Ahal" (Türkmənistan) olub. 26 yaşlı hücumçu Türkmənistan yığmasının üzvüdü.


.
.
.