DÇ-2018-də azarkeşlərə qadağa

20:16 09-02-2018
DÇ-2018-də azarkeşlərə qadağa

Bu il Rusiyada keçiriləcək dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək.
Sportmedia.az xəbər verir ki, FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir.Oyun təşkilatçıları azarkeşlərə əşyalarını saxlanma kameralarında qoymağı təklif edəcəklər. Qadağan olunmuş əşya aşkar olunacağı təqdirdə qanunu pozan stadiondan uzaqlaşdırılacaq.
Konkret olaraq selfi çubuqları ona görə qadağan olunub ki, o, münaqişə vəziyyətləri yaranacağı təqdirdə soyuq silah qismində istifadə oluna bilər.


.
.
.
0.31725192070007