“Binə”nin 3 yeni transferi 

22:32 09-02-2018
“Binə”nin 3 yeni transferi 

Birinci Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu qatıb.
Sportmedia.az xəbər verir ki, paytaxt klubu Əliağa Xudiyev, Vüsal Səfərov və Hüseyn Əliyevi transfer edib.
24 yaşlı futbolçu Əliağa Xudiyev daha öncə "Zirə" və "Qaradağ Lökbatan"ın heyətində çıxış edib.
Son komandası "Xəzər" olan Vüsal Səfərov peşəkar karyerası ərzində "Şahdağ" (Qusar) və "Qaradağ Lökbatan"ın heyətində də çıxış edib.
“Neftçi”nin yetirməsi hesab olunan 24 yaşlı müdafiəçi Hüseyn Əliyev isə daha öncə "Şuşa" və "Şahdağ" (Qusar) klublarının formasını geyinib.


.
.
.
0.38074684143066