Moldova millisinin yarımmüdafiəçisi Zirədə

11:25 10-02-2018
Moldova millisinin yarımmüdafiəçisi Zirədə

“Zirə” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, komanda Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb. 28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.
2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.


.
.
.
0.30872511863708