“Oyunun çətin keçəcəyini bilirdik” - Ayxan Abbasov

19:26 10-02-2018
“Oyunun çətin keçəcəyini bilirdik” - Ayxan Abbasov

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Sumqayıt” ən bəyəndiyim komandalardan biridi. Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. İtkilərimiz də, yeni oyunçularımız da var idi. Hissələr arasında fərq oldu. Fasilədə sistemdə dəyişiklik etdik. İkinci hissədə istədiyimiz oyunu göstərdik. Nəticə ədalətli oldu. Hər iki komanda 1 xala layiq idi.
Birinci hissədə “Sumqayıt”ın qol şansları var idi. İkinci hissə tam fərqli oldu. Bizim qol epizodlarımız çox oldu. Top dayanmırdı. “Sumqayıt”ı analiz etmişdik. Yalnız “Anji” ilə oyunlarına canlı baxmamışdım. Həmin matçın da videoyazısını izləmişdim.
Bu oyunun çətin olacağını bilirdik. Əvvəldən də demişdim ki, ilk 3 oyun bizim üçün çətin keçəcək. Heyətdə 4-5 yeni futbolçu var. Onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var”.(komanda.az)


.
.
.
0.56677293777466