“Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa…..” - Samir Abasov

19:56 10-02-2018
“Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa…..” - Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Bizim üçün çətin idi. “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər.
Nicat Qurbanov əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.
Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda “Zirə” tam üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdu”(komanda.az).


.
.
.
0.55236101150513