Əliyar Ağayevdən gözlənilməz səhv - TƏHLİL

23:32 10-02-2018
Əliyar Ağayevdən gözlənilməz səhv - TƏHLİL

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” “Sumqayıt”ı qəbul edib.
Sportmedia.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Baş hakimi Əliyar Ağayev, köməkçi hakimləri Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov olan qarşılaşmada maraqlı epizod qeydə alınıb. Azərbayacanın öndə gələn hakimlərindən olan Əliyar ağayev matçda kobud səhv ilə yadda qalıb. Belə ki, oyunun 84-cü dəqiqəsində hesab 1:1 ikən “Zirə” “Sumqayıt”ın qapısından 2-ci topu keçirsə də, baş hakim oyundan kənar vəziyyətə işarə edərək qolu qeydə almayıb. Lakin, fotofakta baxıldığında əslində oyundan kənar vəziyyətin olmadığını görə bilərik. Epizodla bağlı bir sıra mütəxəssisin də fikrini almışıq. Futbol mütəxəssisləri də həmin epizodda oyundan kənar vəziyyətin olmadığını və əslində, sayılmayan qolun qaydalar çərçivəsində vurulduğunu bildiriblər. Və biz də belə qərara gədik ki, fotofaktda da göründüyü kimi oyundan kənar vəziyyət yox idi.
Beləliklə, Əliyar Ağayev verdiyi səhv qərar nəticəsində oyunun müqəddəratını həll etdi. Əslində qaydalar çərçivəsində vurulan qol qeydə alınsaydı, “Zirə” klubu aktivinə bir yox, üç xala yazacaqdı. Əslində bu səhv qərarın günahkarı yalnız Əliyar Ağayev deyil. Səhv qərarın verilməsində yan xətt hakiminin də böyük rolu oldu. Qeyd edək ki, Əliyar Ağayev FİFA dərəcəli futbol hakimidir və bir çox önəmli beynəlxalq oyunları idarə edib.
Xatırladaq ki, matçın 84-cü dəqiqəsində “Zirə”nin futbolçusu Evans Uilyamsın qapıya tərəf endirdiyi zərbəni Fərhad Əliyev qaytarsa da, Mirsahib Abbasov təkrar zərbə ilə topu boş qapıdan keçirib. Lakin, matçın baş hakimi Əliyar Ağayev yan xətt hakiminin göstərişi ilə oyundan kənar vəziyyətin olduğunu bildirib və qolu qeydə almayıb. Bu epizoddan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu nəticdən sonra “Zirə” 31 xalla 3-cü pillədə, “Sumqyıt” isə 21 xalla 4-cü pillədə qərarlaşıb.


.
.
.
0.47398900985718