"Qarabağ"ın sayılmayan penaltisi - FOTO

16:30 11-02-2018
"Qarabağ"ın sayılmayan penaltisi - FOTO

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Sportmedia.az xəbər verir ki, matç qolsuz heç-heçə ilə başa çatıb.
Oyunu idarə edən baş hakim İqbal Məmmədov qarşılaşmada səhv qərar verməsi ilə yadda qalıb.
Belə ki, görüşün 35-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev topu cərimə meydançasına ötürən zaman “Qəbələ”nin oyunçusu Ürfan Abbasov topun qarşısını əllə alıb. Ağdam təmsilçisinin futbolçuları penalti tələb etsələr də, baş hakim İqbal Məmmədov davam işarəsi verib.
Bu epizoddan sonra qol qeydə alınmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu nəticədən sonra “Qarabağ” 38 xalla vahid liderdir. “Qəbələ” isə 32 xalla ikinci pillədə qərarlaşıb.


.
.
.