Bu ölkədə dünya çempionatı yayımlanmayacaq

21:49 12-02-2018
Bu ölkədə dünya çempionatı yayımlanmayacaq

Ukrayna televiziyası bu il Rusiyada baş tutacaq olan dünya çempionatını yayımlamaqdan imtina edib.
Sportmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Teleradio Şurasının rəhbəri Zurab Alasaniya yerli mətbuata açıqlamasında məlumat verib. O, mundialın yayım hüququna 2013-cü ildən yiyələndiklərini, lakin Rusiya ilə münasibətlərinə görə dünya çempionatını yayımlamaqdan imtina etdiklərini deyib:
“Bildiyiniz kimi, bu il dünya çempionatı Rusiyada keçiriləcək. Mundialın yayım hüququna hələ 2013-cü ildə yiyələnmişdik. Ancaq dünya çempionatını yayımlamaqdan imtina etdik. Bu layihə milyonlarla vəsait tələb edir. Çətin qərar idi”.
Xatırladaq ki, bir müddətdi Rusiya və Ukrayna arasında gərginlik müşahidə edilir. Ukrayna tərəfi məhz buna görə şimal qonşumuzda təşkil ediləcək mundialı yayımlamaqdan imtina edib.


.
.
.