Sabiq “Qarabağ”lı Qazaxıstan klubunda

15:17 13-02-2018
Sabiq “Qarabağ”lı Qazaxıstan klubunda

“Qarabağ" klubunun keçmiş oyunçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.
Sportmedia.az xəbər verir ki, qış fasiləsində Trnavanın "Spartak" klubuyla (Slovakiya) müqavilə imzaladıqdan 3 həftə sonra komandadan ayrılan 28 yaşlı futbolçu "Aktobe"yə keçməyə yaxındı.
Braziliyalı oyunçu hazırda Qazaxıstan komandasının düşərgəsində baxışdadı. Reynaldonun hazırlığı məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.
Reynaldo 2012-2017-ci illər aralığında “Qarabağ”ın formasını geyinib.


.
.
.
0.46711111068726