“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

16:09 13-02-2018
“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” FK bu gündən məşqləri bərpa edib.
Sportmedia.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


.
.
.
0.44089388847351