Avroliqa matçında bir dəqiqəlik sükut

18:48 13-02-2018
Avroliqa matçında bir dəqiqəlik sükut

Avropa Liqasının 1/16 final mərhələsinin “Srvena Zvezda” (Serbiya) - ÇSKA (Rusiya) matçı bir dəqiqəlik sükutla başlayacaq.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı Moskva klubunun rəsmi “tvitter” səhifəsi yayıb.
Belə ki, bu yaxınlarda Rusiyada baş vermiş təyyarə qəzasında həyatını itirmiş şəxslər Belqradda keçiriləcək oyundan öncə bir dəqiqəlik sükutla yad olunacaq.
Xatırladaq ki, fevralın 11-də Moskvadan Orska yollanan AN-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər dünyasını dəyişib.
“Srvena Zvezda” - ÇSKA oyunu bu gün saat 21:00-da başlayacaq.


.
.
.