“Arsenal”da ciddi itki

22:49 13-02-2018
“Arsenal”da ciddi itki

“Arsenal” ciddi itkiylə qarşılaşıb.
Sportmedia.az xəbər verir ki, “topçular”ın hücumçusu Aleksandr Lakazett sıradan çıxıb. Bu barədə məlumatı London klubunun saytı yayıb. Dizindən əməliyyat olunan fransalı futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lakazett Avropa Liqasının 1/16 final mərhələsinin “Ostersund”, İngiltərə kubokunun “Mançester Siti” ilə final oyununu, Premyer Liqanın isə “Mançester Siti”, “Uotford” və “Lester”lə matçlarını buraxmalı olacaq.


.
.
.
0.30541896820068