"Juventus"un hücumçusu rekord müəyyən edib

10:07 14-02-2018
"Juventus"un hücumçusu rekord müəyyən edib

Çempionlar Liqasının 1/8 finalında "Tottenhem Hotspur" ilə matçda iki qol vuran "Juventus"un futbolçusu Gonzalo İquain rekord müəyyən edib.
Sportmedia.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı argentinalı oyunçu Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb.
İngilis klubunun qapısına iki qol vurmaq üçün ona start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib.
Əvvəlki rekord 2006-cı ildə "Spartak" (Rusiya) ilə oyunda 8 dəqiqə 30 saniyəyə iki qol vuran "İnter" in keçmiş oyunçusu Julio Cruza məxsus idi.


.
.
.
0.5036928653717