"Sumqayıt" - "Neftçi" qarşılaşması / STATİSTİKALAR

12:36 14-02-2018
"Sumqayıt" - "Neftçi" qarşılaşması / STATİSTİKALAR

"Sumqayıt" FK-nın "Neftçi" ilə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:
1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” FK “Neftçi” ilə qarşılaşmalardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 26-37 rəqib komandanın xeyrinədir.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran futbolçumuzdur (3 qol).
5. "Sumqayıt" FK son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 17 fevral, saat 18:30-da "Kapital Bank Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


.
.
.
0.7217230796814