Joze Mourinyo “Liverpul”u “kiçik klub” adlandırdı

18:14 14-02-2018
Joze Mourinyo “Liverpul”u “kiçik klub” adlandırdı

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo açıqlaması ilə yenə gündəmə gəlib.
Sportmedia.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında hazırda “Nyukasl”ı çalışdıran Rafael Benitesdən bəhs edib. Mou Benitesin böyük məşqçi olduğunu deyərkən, ispan mütəxəssisin vaxtilə çalışdırdığı “Liverpul”u “kiçik klub” adlandırıb:
“Benites şübhəsiz, böyük məşqçidi. Mənim kimi kiçik klubla Çempionlar Liqasını qazanmağı bacarıb. Mən “Portu” ilə qazanmışdım. O isə bu uğuru “Liverpul”la qazanıb”.
Xatırladaq ki, Mourinyo 2004-cü ildə “Portu”ya Çempionlar Liqasını qazandırmışdı. Benites isə 2004/05-ci il mövsümündə finalda “Milan”ı məğlub edərək, “Liverpul”u qitənin ən nüfuzlu klub turnirinin qalibi etmişdi.


.
.
.
0.32895994186401