Azərbaycan yığmasının rəqibi Madaqaskar və Burkina-Faso milliləri ilə üz-üzə gələcək

19:44 14-02-2018
Azərbaycan yığmasının rəqibi Madaqaskar və Burkina-Faso milliləri ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığması Fransada təlim-məşq toplanışı keçirəcək.
Sportmedia.az xəbər verir ki, Balkan təmsilçisi 20 - 27 martda Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki sınaq oyununda qüvvəsini sınayacaq.
Kosovo martın 24-də Madaqaskar, 3 gün sonra isə Burkina-Faso kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.


.
.
.