"Mançester Yunayted"in futbolçusu Türkiyə klubu ilə anlaşdı

20:05 14-02-2018
"Mançester Yunayted"in futbolçusu Türkiyə klubu ilə anlaşdı

"Mançester Yunayted"in futbolçusu Maruan Fellaininin adı Türkiyə klubu "Beşiktaş"la hallanmaqda davam edir.
Sportmedia.az xəbər verir ki,İngiltərə mətbuatı belçikalı yarımmüdafiəçinin "Beşiktaş"la anlaşma əldə etdiyini yazıb.
Mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq Fellaini "qara qartallar"a azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, 30 yaşlı oyunçu 2013-cü ildən "Mançester Yunayted"in formasını geyinir.


.
.
.