Mauro İkardi Rayolanın təklifini qəbul etmədi

21:07 14-02-2018
Mauro İkardi Rayolanın təklifini qəbul etmədi

“İnter”I klubunun futbolçusu Mauro İkardi menecer Mino Rayolanın “Mançester Yunayted”ə keçmək təklifini rədd edib.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə bir çox məşhur futbolçuya menecerlik edən Rayolanın argentinalı hücumçuya mankunianlara transfer olmağı təklif etdiyi, ancaq İkardinin hazırkı meneceri - həyat yoldaşı Vanda Nara ilə iş birliyini davam etdirməklə bağlı qərar verdiyi qeyd edilib.
24 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 22 matçda 18 qol vurub.
Qış fasiləsində İkardinin “Real”a keçəcəyi deyilsə də, futbolçu “İnter”də qalıb.


.
.
.
0.30552792549133