Portuqaliyalı futbolçu “Beşiktaş”dan FİFA-ya şikayət edib

18:54 15-02-2018
Portuqaliyalı futbolçu “Beşiktaş”dan FİFA-ya şikayət edib

“Beşiktaş”ın futbolçusu Rikardo Kuarejma komandadan FİFA-ya şikayət edib.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə portuqaliyalı oyunçunun klubdan ona verilən intizam cəzası ilə bağlı FİFA-ya şikayət etdiyi bildirilib.
Belə ki, “Beşiktaş” Kuarejmanı aldığı sarı və qırmızı vərəqələrə görə 350 min avro məbləğində cərimə edib. Futbolçu isə bu qərarla bağlı FİFA-ya müraciət edib.
Xatırladaq ki, Kuarejma son 2,5 mövsümdə 25 sarı, 3 qırmızı vərəqə alıb.


.
.
.
0.47089290618896