"Qarabağ"dan maraqlı paylaşım

20:19 15-02-2018
"Qarabağ"dan maraqlı paylaşım

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları başa çatacaq.
Sportmedia.az xəbər verir ki, bu mərhələdə 2017/18 mövsümündə ÇL-də "Qarabağ"la qarşılaşan "Kopenhagen"lə "Atletiko" klubları qarşılaşacaqlar. Bu oyunla bağlı "Qarabağ"ın sosial şəbəkə hesabı maraqlı paylaşım edib. "Twitter" səhifəsində "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq" başlıqlı tvit atılıb.
Bu matçla bağlı İspaniyanın və dünyanın ünlü qəzeti olan "Marca" qəzeti də anons yazısında maraqlı qeydlər etmişdi. "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlıqlı yazıda Ağdam klubunun Madrid "Atletiko"sunu Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxmasına mane olduğu və ÇL-in pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlməsi yazılmışdı. Hər iki komandanın ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu bildirilmişdi.
"Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki oyunda heç-heçə (0:0; 1:1) edib. “Köhlən atlar” ÇL-in pley-off mərhələsində isə "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşmüşdü.


.
.
.
0.4251868724823