Premyer Liqanın ən yaxşısı seçildi

21:04 16-02-2018
Premyer Liqanın ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Sportmedia.az xəbər verir ki, bu ada "Bornmut"un məşqçisi Eddi Houe layiq görülüb. 40 yaşlı çalışdırıcı Premyer Liqa karyerası ərzində ikinci dəfə ayın ən yaxşı məşqçisi adını qazanıb.
"Bornmut" yanvar ayında keçirdiyi oyunlarda "Çelsi"(3:0) və "Arsenal"a (2:1) qalib gəlib, "Vest Hem" (1:1) və "Brayton"la (2:2) heç-heçə edib.


.
.
.
0.43244886398315