“Lion”un hücumçusuna Premyer Liqadan böyük təklif

14:19 17-02-2018
“Lion”un hücumçusuna Premyer Liqadan böyük təklif

“Lion”un futbolçusu Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər.
Sportmedia.az xəbər verir ki, 25 yaşlı hücumçu “Arsenal”ın maraq dairəsindədi.
“Topçular” Fransa millisinin üzvünü mövsümün sonunda heyətinə qatmaq istəyir. İndidən qarşı tərəflə danışıqlara başlayan London klubunun rəhbərliyi Fekirə görə 51 milyon avro xərcləməyə hazırdı.
İngilislər bu keçidi DÇ-2018-in startına qədər həyata keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, “Lion”un yetirməsi olan Fekir 2013-cü ildən əsas komandada oynayır.


.
.
.
0.6777069568634