Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək 

16:46 17-02-2018
Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək 

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.
Sportmedia.az xəbər verir ki, işgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq.
Millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə saytımızda yerləşdiriləcək.


.
.
.
0.50872898101807