"Barselona" rekordunu təkrarladı

12:13 18-02-2018
"Barselona" rekordunu təkrarladı

"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.
Sportmedia.az xəbər verir ki, "Eybar"a qarşı keçirilən oyun (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz matç olub.
Kataloniya komandası sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.
"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Klubun 62 xalı var. Baskları 10 xal geridə olan "Atletiko" izləyir.


.
.
.
0.35894894599915