"Liverpul" əsas futbolçularını əldən buraxmaq istəmir

13:30 18-02-2018
"Liverpul" əsas futbolçularını əldən buraxmaq istəmir

İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul” futbolçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə bağlamağa hazırlaşır.
Sportmedia.az xəbər verir ki, bu haqda “Daily Mirror” məlumat yayıb.
Bildirilir ki, “mersisaydlılar” seneqallı və misirli futbolçulara yeni saziş təklif etməyə hazırlaşır, yeni müqaviləyə əsasən, hər iki oyunçunun maaşlarının bir xeyli artırılacağı qeyd edilib.
Qış fasiləsində Filippe Koutinyonu “Barselona”ya satan “Liverpul”, bu yolla əsas üzvlərini komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, Manenin “qırmızılar”la 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimi müqaviləsi var.


.
.
.
0.45306181907654