Rafael Ağayevdən qızıl medal

09:02 19-02-2018
Rafael Ağayevdən qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.
Sportmedia.az xəbər verir ki, idmançı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançı finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.
Xatırladaq ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb


.
.
.
0.38999795913696