“Milan”ın sahibi Li Yonqhonq müflis oldu

20:04 19-02-2018
“Milan”ın sahibi Li Yonqhonq müflis oldu

“Milan”ın sahibi olan çinli iş adamı Li Yonqhonq çətin vəziyyətlə qarşılaşıb.
Sportmedia.az xəbər verir ki, iş adamı müflis olub. Bu barədə İtaliyanın “La Qazetta della Sera” nəşri məlumat yayıb. Bir müddətdi Linin sahibi olduğu şirkətlərin maliyyə vəziyyəti ilə bağlı araşdırma gedirdi. Xəbərdə artıq çinli iş adamının müflis olduğunun dəqiqləşdiyi bildirilib. Onun külli miqdarda borcu olduğu, bu borcları ödəmədiyinə görə şirkətlərindən birinin hərraca çıxarıldığı, başqa bir şirkətinin isə müflis elan olunduğu qeyd edilib.
Xatırladaq ki, Yonqhonq 2016-cı ildə 740 milyon avro qarşılığında “Milan”ın sahibi olub.


.
.
.
1.0936810970306