Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması baş tutacaq

09:20 20-02-2018
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması baş tutacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.
Sportmedia.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın Münhen şəhərində "Bavariya" komandasının qonağı olacaq. "Qara-qartallar"ın heyətində Atınç Nukan, Veli Kavlak, Gökhan Töre və Duşko Toşiç bu oyunda iştirak edə bilməyəcək. Daha 3 futbolçu isə cəzalı duruma düşmə təhlükəsi ilə üz-üzədir. Caner Erkin, Anderson Taliska və Tolqay Arslan sarı vərəqə alacaqları təqdirdə, İstanbuldakı cavab matçında iştirak etməyəcəklər. "Bavariya " isə zədəli olan qapıçısı Manuel Noyerin xidmətindən istifadə edə bilməyəcək.
Bu komandalar 1997-1998 mövsümdə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. "Bavariya" hər iki görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutacaq. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gələcək. "Çelsi"nin heyətində Tiemue Bakayoko və David Luis zədəlidir. Hər iki futbolçunun bu qarşılaşmada iştirakı sual altındadır. Kataloniya təmsilçisi isə Nelson Semedonun xidmətindən yararlana bilməyəcək.
Bu komandalar indiyədək 12 dəfə üz-üzə gəliblər. London klubu 4 dəfə qələbəyə sevinibsə, kataloniyalılar 3 dəfə qalib gəliblər. 5 görüş isə heç-heçə sonlanıb. "Çelsi"yə qarşı 8 oyunda iştirak edən Lionel Messi bu komandaya qol vura bilməyib.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
20 fevral
23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)


.
.
.
0.33980798721313