Bu gün Avropa Liqasında ilk 1/8 finalçı bəlli olacaq

13:16 21-02-2018
Bu gün Avropa Liqasında ilk 1/8 finalçı bəlli olacaq

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi bəlli olacaq.
Sportmedia.az xəbər verir ki, 1/16 final mərhələsinin cavab görüşündə Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə Serbiya "Srvena Zvezda"sı ilə qarşılaşacaq.
Bu klublar arasında bir həftə əvvəl Serbiyada baş tutmuş matç 0:0 hesabı ilə yekunlaşıb. Ona görə də "hərbçilər"i yalnız qələbə qane edəcək.
Moskva təmsilçisinin heyətində Aleksandr Qolovin komandasına kömək edə bilməyəcək. "Srvena Zvezda"da isə itki yoxdur.
Bu görüş MOİK-in 2018-ci ildə ilk ev oyunu olacaq.
21 fevral
Avropa Liqası
1/16 final, cavab matçı
21:00. MOİK (Rusiya) - "Srvena Zvezda” (Serbiya)
Baş hakim: Manuel De Souza (Portuqaliya)


.
.
.
0.56841802597046