“Kəpəz” “Qarabağ”a qarşı oyunun hazırlığına başladı

21:09 21-02-2018
“Kəpəz” “Qarabağ”a qarşı oyunun hazırlığına başladı

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər.
Sportmedia.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.
Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur.


.
.
.
1.1944570541382