Sabiq "Qarabağ"lı özü barədə yazılan kitabdan danışıb

09:50 22-02-2018
Sabiq "Qarabağ"lı özü barədə yazılan kitabdan danışıb

"Qarabağ"ın sabiq hücumçusu, hazırda Çinin "Xançjou Qrintaun" komandasında çıxış edən Dino Ndlovu haqqında kitab çapdan çıxıb.
Sportmedia.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçunun özü "kickoff.com"a açıqlamasında bildirib. Cənubi afrikalı forvard deyib ki, insanlar sadəlik gözləməlidirlər. Bu səbəbdən, Ndlovu kitabda dram və digər məsələlərin əksini tapmasını istəmədiyini vurğulayıb: "Kitabı hazırlamağın səbəbi insanları haralı olduğumdan məlumatlandırmaq və bunun mümkünlüyünə inandırmaqdır".
Müəllif Sizve Sitole kitabın iyunda satışa çıxacağını gözlədiyini söyləyib: "Mən həmişə Dino Ndlovu ilə qürur duymuşam və hələ Cənubi Afrika Respublikasında çıxış etdiyi vaxt onun karyerasını izləmişəm. Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündə vurduğu qol bizə həqiqətən də ilham verdi. Bütün Bakı "Qarabağ"ın qrupa vəsiqə qazanmasını qeyd etdi. Hamı hava limanında səhərədək komandanı gözlədi. Dino "Kopenhagen"ə vurduğu qolun mükafatını aldı. Məhz həmin vaxt anladım ki, onun barəsində məqalə yazmalıyam. Özü barədə danışdıqda qərara aldıq ki, kitab yazaq. Çünki cənubi afrikalıların çoxu onu tanımır. Bu kitab vasitəsilə Ndlovunun üstünlüyünü hamının biləcəyini və irsinin qeyd olunacağını düşündük. Kitabda Dinonun həyatı və indiyədək üzləşdiyi problemlərdən danışılır".
Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı il avqustundan 2018-ci ilin dekabrınadək fəaliyyət göstərib.


.
.
.
0.52452301979065