Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

09:18 23-02-2018
Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Sportmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı cütlərin tərkibi "kor püşk"ə əsasən bəlli olacaq.
Yəni, klubların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayacaq. Yeganə istisna odur ki, Rusiya və Ukrayna klubları bir-birilərinə rəqib olmayacaq.
1/8 finalçılar bunlardır: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (Bilbao, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leyptsiq" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya).
Matçlar martın 8-də və 15-də keçiriləcək. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.


.
.
.
0.44166398048401