Millimizin növbəti oyununun vaxtı açıqlandı

17:32 26-02-2018
Millimizin növbəti oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
Martın 27-də Dublinin “Talla” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Millimiz martın 22-də səfərdə Kosovo yığmasının qonağı olacaq.
Qeyd edək ki, 5 oyuna 1 xal toplayan Azərbaycan millisi turnir cədvəlinin sonuncu sırasındadır.


.
.
.
0.42007994651794